39
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri üçün raketlər kritik dərəcədə azalıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Associated Press (AP) Yaxın Şərq rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, Ər-Riyad Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (Husilər) hərəkatının raket və pilotsuz uçuş aparatlarının hücumlarının qarşısını almaq üçün Böyük Britaniya, Misir, Pakistan və Fransadan yardım istəyib.
Agentlik bildirir ki, Səudiyyə Ərəbistanı əsas müttəfiqi və silah təchizatçısı olan ABŞ-ın öz arsenalının İranla bağlı hərbi əməliyyatlar fonunda azalması səbəbindən digər ölkələrdən dəstək axtarmağa məcbur qalıb.
