30
İspaniya çempionatının VI turunda “Barselona” doğma meydanda “Rasinq”i 7:2 hesabı ilə darmadağın edib.
Ucnoqta.az xəbər verir ki, bu qələbə ilə xallarını 18-ə çatdıran “Barselona” turnir cədvəlinə başçılıq edir. Kataloniya klubu Madrid “Real”ını 3 xal qabaqlayır. “Rasinq” isə 7 xalla 10-cu pillədə qərarlaşıb.
Növbəti turda “Barselona” səfərdə “Sevilya” ilə qarşılaşacaq.
