38
ABŞ hərbçiləri sentyabrın 16-da Sakit okeanın şərq hissəsində Ekvadordakı narkokartellə əlaqəli olduğu iddia edilən daha bir gəmini məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
Açıqlamada bildirilib ki, kəşfiyyat məlumatları gəminin “Los Çoneros” adlı narkotik terror təşkilatı ilə əlaqəli olduğunu təsdiqləyib.
Məlumata görə, gəmidə olan şəxslər Ekvador hakimiyyətinə təhvil verilib. Gəmi yoxlanıldıqdan və ekipaj üzvləri göyərtəni tərk etdikdən sonra ABŞ hərbçiləri onu batırıblar.
Komandanlıq gəminin narkotiklərin qaçaqmalçılığı zamanı üzən yanacaqdoldurma məntəqəsi kimi istifadə edildiyini bildirib.
