31
Yaponiya hökuməti Baş nazir Sanae Takaichinin həyata keçirəcəyi kabinet dəyişiklikləri ərəfəsində tam tərkibdə istefa verib.
Ucnoqta.az xəbər verir ki, Baş nazirin dəftərxanasının məlumatına görə, hökumətin təcili iclasında bütün nazirlər istefa ərizələrini təqdim edib və Takaiçi onları qəbul edib.
Yaxın saatlarda yeni Nazirlər Kabinetinin tərkibinin açıqlanması gözlənilir. Yeni hökumət formalaşana qədər istefa verən nazirlər vəzifələrini formal olaraq icra etməyə davam edəcəklər.
Məlumata görə, xarici işlər naziri Toşimitsu Motegi, müdafiə naziri Şinjiro Koizumi, maliyyə naziri Satsuki Katayama və Baş Kabinet katibi Minoru Kihara da daxil olmaqla əsas nazirlərin vəzifələrini qoruyacağı gözlənilir.
