Erciyes Universitetində aparılan araşdırmalarda qara kökdəki antosianinlərin kolon və qaraciyər xərçəngi hüceyrələrinə, şalgam suyundan əldə edilən Lactobacillus brevis bakteriyasının isə bağırsaq xərçəngi hüceyrələrinə təsiri öyrənilib.
Ucnoqta.az bildirir ki, laboratoriya şəraitində qara kökdəki antosianinlərin xərçəng hüceyrələrinin çoxalmasını azaltdığı müşahidə olunub. Şalgam suyundan təcrid edilən Lactobacillus brevis bakteriyasının isə nazik və yoğun bağırsaq xərçəngi hüceyrələrində 90–95 faiz azalma ilə əlaqəli olduğu müəyyənləşdirilib.
Tədqiqatçılar vurğulayıblar ki, nəticələr yalnız laboratoriya şəraitində əldə edilib və xərçəng müalicəsi kimi qiymətləndirilə bilməz. Bu nəticələrin təsdiqlənməsi üçün heyvan modelləri və klinik araşdırmalar tələb olunur.
