Sentyabr bəzi insanlar üçün yeni imkanların və tanınmağın başlanğıcı ola bilər. Uzun müddətdir yalnız fikir və ya arzu olaraq qalan layihələr bu ay reallaşa və gəlir gətirməyə başlaya bilər.
Ucnoqta.az bildirir ki, astroloq Yelena Maksimovanın fikrincə, Qoç, Şir, Tərəzi, Əqrəb və Oxatan bürcləri sentyabrda özlərini daha çox göstərə və diqqət çəkə bilərlər.
Qoç (21 mart – 20 aprel)
Qoçlar öz bizneslərini qurmaq və uzun müddətdir düşündükləri ideyanı həyata keçirmək üçün fürsət əldə edə bilərlər. İlk addım gözləniləndən daha çox gəlir gətirə bilər.
Şir (23 iyul – 23 avqust)
Şirlər üçün sentyabr yalnız maliyyə deyil, tanınmaq baxımından da diqqətçəkən ola bilər. Gözəllik, yaradıcılıq, reklam, media və şəxsi brendlə bağlı fəaliyyətlərdə yeni imkanların yaranacağı bildirilir.
Tərəzi (24 sentyabr – 23 oktyabr)
Tərəzilər hobbilərini gəlir mənbəyinə çevirmək imkanı əldə edə bilərlər. Tərəfdaşlıq layihələri, onlayn biznes, satış və məsləhət xidmətləri üçün əlverişli dövr ola bilər.
Əqrəb (24 oktyabr – 22 noyabr)
Əqrəblərin cəsarətli ideyalarını həyata keçirməsi üçün imkanlar yarana bilər. Öz xidmətləri, ekspert fəaliyyəti və maliyyə layihələri diqqət çəkən istiqamətlər kimi göstərilir.
Oxatan (23 noyabr – 21 dekabr)
Oxatanlar əvvəl ciddi qəbul edilməyən bir ideya sayəsində diqqət mərkəzinə düşə bilərlər. Bloq, onlayn layihə, təhsil platforması və şəxsi biznesə başlamaq üçün uğurlu imkanların yaranacağı iddia edilir.
Qeyd: Bu məlumat astroloji proqnoza əsaslanır və elmi proqnoz kimi qəbul edilməməlidir.
