58
Azərbaycanda bu ilin ilk 7 ayında doğum göstəricilərində azalma qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Dövlət Komitəsinin məlumatına əsasən, yanvar-iyul aylarında ölkə üzrə 48 954 doğum rəsmiləşdirilib.
Bu dövrdə doğulan körpələr arasında 1 696 əkiz və 60 üçəm olub. Yeni doğulanların 53,4 faizini oğlanlar, 46,6 faizini isə qızlar təşkil edib.
Əhalinin hər 1000 nəfərinə düşən doğum sayı ötən ilin eyni dövründəki 9,2 göstəricisindən 8,2-yə enib.
Eyni zamanda, ilin ilk 7 ayında ölkədə 35 829 ölüm halı qeydə alınıb. Bu göstərici üzrə əhalinin hər 1000 nəfərinə düşən ölüm sayı ötən ilin müvafiq dövründəki 5,9-dan 6,0-a yüksəlib.
