Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla telefon danışığı keçirib. Tərəflər Ukraynadakı münaqişənin dayandırılması istiqamətində növbəti addımları və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Stefan Kornelius məlumat verib.
Korneliusun sözlərinə görə, söhbət zamanı 2001-ci il sentyabrın 11-də ABŞ-da baş vermiş terror aktlarının 25-ci ildönümü də xatırlanıb. Merts alman və amerikalılar arasında xüsusi əlaqələri vurğulayıb.
Bildirilib ki, Merts Ukraynadakı münaqişənin dayandırılması üçün gələcək addımlarla bağlı Trampla fikir mübadiləsi aparıb. Almaniya kansleri, həmçinin ABŞ Konqresində Rusiya əleyhinə sanksiyalarla bağlı qanun layihəsinin qəbul edilməsini yüksək qiymətləndirib.
