24
ABŞ-ın Miçiqan ştatında təlim uçuşu həyata keçirən F-16 qırıcısı qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, Bu barədə NBC telekanalının yerli bölməsi məlumat yayıb. Məlumata görə, hadisə ştatın şimalında, Alpena yaxınlığında baş verib. ABŞ Milli Qvardiyasının 149-cu Aviasiya qanadının məlumatına görə, təyyarənin pilotu vaxtında katapult edərək sağ qalıb və xəstəxanaya çatdırılıb. Onun vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.
Hadisə zamanı ərazidə güclü tüstü müşahidə olunub. Yerli sakinlərdən evlərində qalmaq və pəncərələri açmamaq tələb edilib.
Qəzanın səbəbləri hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.
