35
Moskvanın mərkəzində motosikletlə “Bentley” markalı avtomobilin toqquşması nəticəsində 43 yaşlı biznesmen həyatını itirib.
Ucnoqta.az Rusiya mediasına istinadən xəbər verir ki, qəza Novospasski döngəsində baş verib.
İlkin məlumata görə, “Bentley”nin sürücüsü dönmə zamanı motosikletçiyə yol verməyib. Nəticədə motosiklet avtomobilə çırpılıb və sürücü hadisə yerində ölüb.
“Maş”ın məlumatına görə, ölən şəxs “EyEMS” şirkətinin baş direktoru Denis Qorin olub. Şirkət fondların idarə edilməsi və qiymətli kağızlara investisiya qoyuluşu ilə məşğuldur.
“Bentley”nin isə Rusiya Energetika Nazirliyinin əməkdaşı Aleksandr B.-yə məxsus olduğu bildirilir.
Polis qəzanın bütün hallarını araşdırır.
