31
İranın ali lideri Ayətullah Əli Xameneinin müşaviri Məhəmməd Baqer Zülqədr Hörmüz boğazının nə vaxta qədər bağlı qalacağını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, Zülqədrin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazı gəmiçilik üçün açılmayacaq.
“Döyüşçülərimiz cinayətkar Tramp və qaniçən Netanyahu hakimiyyətdən devrilənə qədər Hörmüz boğazını açmayacaqlar”, – deyə o bildirib.
Zülqədr əlavə edib ki, boğazın bağlanması İran xalqının “qisasının yalnız ilk mərhələsidir”.
