Tayland turistlər üçün cəlbedici ölkə olsa da, burada bəzi adi davranışlar ciddi hüquqi problemlərlə nəticələnə bilər.
Ucnoqta.az bildirir ki, turistlərin diqqət etməli olduğu əsas qaydalar:
Alkoqol: Spirtli içki yalnız 20 yaşdan yuxarı şəxslərə icazəlidir.
Kral ailəsi: Monarxiya üzvləri haqqında təhqiredici və ya tənqidi fikirlərin ictimai şəkildə yayılması ciddi cəzaya səbəb ola bilər.
Kannabis: Kannabisi ölkə sərhədindən çıxarmaq cinayət məsuliyyəti yarada bilər.
Narkotiklər: Qadağan olunmuş narkotik maddələrin saxlanması və dövriyyəsi ağır cəzalandırılır.
Veyp: Elektron siqaret, POD sistemləri və mayelərinin ölkədə saxlanılması qadağandır.
Sosial şəbəkələr: İnternetdə paylaşdığınız foto və videoların məzmununa diqqət etmək lazımdır.
Vəhşi heyvan suvenirləri: Qorunan heyvan növlərindən hazırlanmış suvenirlərin alınması hüquqi problem yarada bilər.
Dron: Qeydiyyatsız drondan istifadə qanunsuzdur və cərimə, hətta həbs cəzası ilə nəticələnə bilər.
Oyun kartları: Qanuna əsasən, üzərində 120-dən çox oyun kartı saxlamaq da məsuliyyət yarada bilər.
Səfərdən əvvəl Taylandın turistlər üçün qüvvədə olan aktual qanun və qaydaları ilə tanış olmaq tövsiyə olunur.
