Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın 2022-ci il fevralın 24-dən etibarən müharibədə verdiyi itkilərlə bağlı yeni məlumat yayıb.
Ucnoqta.az xəbər verir ki, Baş Qərargahın sentyabrın 18-də yaydığı məlumata görə, son 24 saat ərzində 1 420 rusiyalı hərbçi itki verib.
Bununla yanaşı, sutka ərzində 1 808 PUA, 75 artilleriya sistemi, 5 tank, 7 zirehli döyüş maşını, 3 reaktiv yaylım atəşi sistemi, 1 hava hücumundan müdafiə vasitəsi, 12 yerüstü robot kompleksi və 424 avtomobil və yanacaqdaşıyan texnikanın sıradan çıxarıldığı bildirilib.
Ukrayna tərəfinin məlumatına əsasən, müharibə başlayandan indiyədək Rusiyanın ümumi itkiləri belədir:
Şəxsi heyət: 1 514 910 nəfər (+1 420)
Tanklar: 12 351 (+5)
Zirehli döyüş maşınları: 25 352 (+7)
Artilleriya sistemləri: 49 938 (+75)
RSZO: 2 142 (+3)
Hava hücumundan müdafiə vasitələri: 1 646 (+1)
Təyyarələr: 442
Helikopterlər: 356
Yerüstü robot kompleksləri: 2 656 (+12)
Operativ-taktiki PUA-lar: 522 316 (+1 808)
Qanadlı raketlər: 5 111
Gəmilər/qayıqlar: 35
Sualtı qayıqlar: 2
Avtomobil texnikası və yanacaqdaşıyanlar: 150 442 (+424)
Xüsusi texnika: 4 701 (+4)
Baş Qərargah məlumatların dəqiqləşdirildiyini də qeyd edib.
