32
Kamçatkada yerləşən Şiveluç vulkanı 5,5 kilometrədək hündürlüyə kül püskürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Kamçatka üzrə Baş İdarəsi məlumat yayıb.
Məlumata görə, sentyabrın 18-də vulkanda kül püskürməsi qeydə alınıb. Kül sütunu dəniz səviyyəsindən 5 500 metr hündürlüyə qalxıb. Vulkanın öz hündürlüyü isə 3 282 metrdir.
Şiveluç vulkanına aviasiya təhlükəsi üzrə “narıncı” kod verilib. Kül buludu şərq istiqamətində yayılır.
