48
Vaşinqton administrasiyası hesab edir ki, ABŞ prezidenti Donald Trampın radikal Fələstin HƏMAS hərəkatını tərksilah etmək üçün elan etdiyi razılaşmanın icrasına yaxın bir neçə həftə ərzində başlanacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Amerikanın Axios xəbər agentliyi məlumat yayıb.
ABŞ rəsmiləri arasında olan mənbənin məlumatına görə, icranın yaxın həftələrdə başlaması gözlənilir. Nəşr qeyd edie ki, “razılaşmaya əsasən, HƏMAS və İsrail təxminən yeddi-səkkiz ay ərzində qarşılıqlı prinsip əsasında bir neçə mürəkkəb addım atmalıdırlar və bu, müstəqil tərəf tərəfindən təsdiqlənəcək.
Xəbər agentliyinin məlumatına görə, İsrail tərəfi HƏMAS-ın razılaşmaya əməl edəcəyinə “son dərəcə şübhə ilə yanaşır”.
