31
ABŞ-ın Miçiqan ştatında qəzaya uğrayan F-16 qırıcısının pilotu hadisədən əvvəl təyyarənin quşla toqquşduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The New York Post məlumat yayıb.
Məlumata görə, pilot qəza baş verməzdən qısa müddət əvvəl həyəcan siqnalı verib. O, dispetçerə uçuş zamanı quşun təyyarəyə çırpıldığını və nəticədə mühərrikin sıradan çıxdığını bildirib.
Dispetçer pilotu ən yaxın hava limanına yönləndirməyə çalışsa da, pilot təcili şəkildə katapult etməli olduğunu bildirib.
