Misli Premyer Liqasında VI turun ilk oyunları bu gün baş tutacaq.
Ucnoqta.az xəbər verir ki, turun açılış matçında “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 17:30-da başlayacaq.
Hazırda “Neftçi” 12 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Qəbələ” isə 4 xalla səkkizinci sıradadır.
Qarşılaşma “Neftçi” üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, Bakı klubu Azərbaycan çempionatları tarixində 1000-ci oyununa çıxacaq.
Günün digər matçında liderlər qrupunda yer alan “Qarabağ” “Şəfa”nı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 19:45-də səslənəcək.
“Qarabağ” bir oyun az keçirməklə 10 xalla üçüncü, “Şəfa” isə 3 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsindədir.
Misli Premyer Liqası – I dövrə, VI tur
18 sentyabr
17:30 – “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
19:45 – “Qarabağ” – “Şəfa”
Tofiq Bəhramov adına Respublika stadionu
Hakimlər: Vüqar Həsənli, Rəhman İmami, Gülnurə Əkbərzadə, İslam Məmmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
VI turun digər görüşləri sentyabrın 19-20-də keçiriləcək.
