35
İran İordaniyadakı ABŞ-ın Əl-Əzraq hava bazasına zərbələr endirərək bir neçə təyyarəni məhv edib və zədələyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölməsi) açıqlamasında bildirilib.
Tasnim xəbər agentliyinin istinad etdiyi açıqlamaya görə, bazadakı hədəflərə ballistik raketlər atılıb.
İddia olunur ki, hücum zamanı üç F-35 qırıcı təyyarəsi məhv edilib və daha üç təyyarə ciddi şəkildə zədələnib. İranın məlumatına görə, zərbələr nəticəsində itkilər olub.
İİKK hücumun ABŞ-ın İslam Respublikası ərazisinə endirdiyi zərbələrə cavab olduğunu vurğulayıb.
