Rosfinmonitoring (Federal Maliyyə Monitorinqi Xidməti) Telegram-ın həmtəsisçisi Pavel Durovu terrorçular və ekstremistlər siyahısına əlavə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.
Durov Rusiyada cinayət istintaqının bir hissəsi olaraq terror fəaliyyətinə kömək etməkdə ittiham olunur və beynəlxalq axtarışa başlanılıb. FSB-nin məlumatına görə, Telegram administrasiyası Rusiya qanunvericiliyini pozaraq, messencerdəki çoxsaylı kanalları, çatları və botları silə bilməyib. Bu kanallar Ukrayna kəşfiyyat orqanları, terrorçu və ekstremist təşkilatlar tərəfindən Rusiyada terror hücumları, kütləvi qətllər və saxtakarlıq fəaliyyətlərinin hazırlanması və əlaqələndirilməsi üçün fəal şəkildə istifadə olunur. 2022-ci ildən bəri Rusiyada Telegram vasitəsilə törədilən 153.000 cinayət qeydə alınıb
