22
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazına daxil olan və çıxan gəmilərin giriş-çıxışı üzərində tam nəzarəti bərqərar etmək iddialarını təkzib edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, komandanlığın açıqlamasında deyilir ki, İran Hörmüz boğazına nəzarət etmir:
“İslam İnqilabı Keşikçiləri Korpusunun təhdidlərinə baxmayaraq, beynəlxalq su yolu tranzit üçün açıq qalır. Ticarət gəmiləri ABŞ qüvvələrinin dəstəyi ilə boğazdan istifadə etməyə davam edir. May ayının əvvəlindən bəri ABŞ qüvvələri tranzitdə olan 900-dən çox gəmiyə kömək edib.
