ABŞ Səudiyyə Ərəbistanına kəşfiyyat məlumatlarının ötürülməsini və hədəflərin müəyyənləşdirilməsi üzrə dəstəyi genişləndirib.
Ucnoqta.az xəbər verir ki, CNN-in məlumatına görə, Yəməndə husilərin təmsil olunduğu “Ənsar Allah” hərəkatı ilə qarşıdurmanın gərginləşməsi fonunda 100-dən çox amerikalı hərbi məsləhətçi Səudiyyə Ərəbistanında fəaliyyət göstərir.
Məlumata əsasən, bu əməkdaşlıq bir neçə həftə əvvəl husilərə qarşı mübarizə məqsədilə yaradılmış birgə komandanlıq çərçivəsində həyata keçirilir.
ABŞ administrasiyasının adının açıqlanmasını istəməyən nümayəndəsinin sözlərinə görə, Səudiyyə Ərəbistanında ümumilikdə təxminən 200 amerikalı hərbçi xidmət göstərir.
Bildirilib ki, ABŞ hərbçiləri husilərə qarşı həyata keçirilən zərbələrdə birbaşa iştirak etmir. Onlar həmçinin Səudiyyə hərbi təyyarələrinin yanacaqla təmin edilməsinə kömək göstərmirlər.
