27
İsrail ordusunun fəaliyyəti fonunda Livanda 4,1 maqnitudalı zəlzələ baş verib
Ucnoqta.az xəbər verir ki, Livanın cənubunda 4,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına əsasən, yeraltı təkanların İsrail hərbçilərinin bölgədəki fəaliyyəti ilə əlaqəli olması ehtimal edilir.
Zəlzələnin episentri Nəbatiyyə ət-Tahta rayonundan təxminən 13 kilometr cənub-qərbdə yerləşib. Rayon Əli ət-Tahir silsiləsindən təxminən 5 kilometr məsafədədir.
Qeyd olunur ki, seysmik aktivlikdən qısa müddət əvvəl İsrail ordusu Əli ət-Tahir silsiləsində şiə təşkilatı “Hizbullah”a aid yeraltı infrastrukturu məhv edib.
Hadisə nəticəsində ölən və xəsarət alanlar, eləcə də dağıntılar barədə məlumat daxil olmayıb.
