Astroloqlar bütün bürclərin ulduz falını tərtib ediblər.
Ucnoqta.az astroloji proqnoza əsasən xəbər evrir ki, gün ərzində bəziləri çoxdan təxirə saldığı məsələləri həll etməli, digərləri isə həyatında yeni istiqamət seçmək imkanı əldə edəcək. Münasibətlər, maliyyə və şəxsi planlarla bağlı qərarlarda tələsməmək tövsiyə olunur.
Qoç
Qoçlar diqqətlərini böyük məqsədlərinə yönəldəcəklər. Başqaları ilə ünsiyyət onlara öz düşüncələrini daha yaxşı anlamağa kömək edəcək. Bütün işlərin öhdəsindən tək gəlməkdənsə, əməkdaşlığa üstünlük vermək faydalıdır. Gün ərzində həm qənaət, həm də qazanc imkanları ilə bağlı faydalı məlumatlar əldə edə bilərsiniz. Eyni zamanda şəxsi və peşəkar münasibətlərdə yol verdiyiniz səhvləri görəcəksiniz.
Buğa
Buğalar üçün emosional və yaradıcı baxımdan aktiv gün olacaq. Yeni romantik tanışlıq və ya mövcud münasibətlərdə isti hisslərin yenidən canlanması mümkündür. İstəklərinizə çatmaq üçün isə müəyyən səy göstərməli olacaqsınız. Sizi sevindirməyən işlərdən uzaqlaşmaq və yeniliklərə açıq olmaq üçün münasib zamandır.
Əkizlər
Əkizlər yeni məsuliyyətlərə və dəyişikliklərə hazır olduqlarını hiss edəcəklər. Həyatınızda daha yetkin və özünəinamlı mərhələ başlayır. Gündəlik rejimi nəzərdən keçirmək və prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Yaxınlarınızdan birinin sözlərinə diqqətlə qulaq asın – eşidəcəyiniz fikir sizin üçün əhəmiyyətli ola bilər.
Xərçəng
Xərçənglər münasibətlərə daha çox diqqət ayıracaqlar. Münasibətdə olanlar partnyorları ilə aralarında uzun müddətdir müzakirə edilməyən məsələləri həll edə bilərlər. Subay Xərçənglərin isə əvvəlkilərdən fərqli xarakterə malik biri ilə tanışlığı mümkündür. Açıq ünsiyyət anlaşılmazlıqların qarşısını alacaq.
Şir
Şirlər maliyyə vəziyyətlərində müsbət dəyişikliklərin başladığını hiss edəcəklər. Əvvəllər göstərdikləri səylər nəhayət nəticə verməyə başlayacaq. Uğurlarınızı təsadüf kimi qiymətləndirməyin – əldə etdiklərinizdə öz əməyinizin böyük payı var. Təxirə saldığınız maliyyə məsələlərini həll etmək üçün də münasib gündür.
Qız
Qızlar həyatlarında yeni və mühüm mərhələnin başladığını hiss edə bilərlər. Gələcək məqsədlərini və istəklərini yenidən nəzərdən keçirmək istəyəcəksiniz. Bütün planların dərhal hazır olması vacib deyil. Əsas istiqaməti müəyyənləşdirib ilk addımı atmaqdır. Ətrafınızdakı insanların sizi tələsdirməsinə imkan verməyin.
Tərəzi
Tərəzilər bir qədər təklikdə qalmağa və ünsiyyəti azaltmağa ehtiyac duya bilərlər. Daim mesajlara cavab vermək və başqalarının gözləntilərinə uyğunlaşmaq yorucu ola bilər. Qısa fasilə özünüzü toparlamağa, münasibətlərinizi yenidən qiymətləndirməyə və harada öz rahatlığınız hesabına güzəştə getdiyinizi görməyə kömək edəcək.
Əqrəb
Əqrəblər üçün özlərini daha fəal göstərməyin vaxtıdır. Təşəbbüsü başqalarına ötürmək əvəzinə, vacib məsələlərdə məsuliyyəti üzərinizə götürmək faydalı olacaq. Ətrafınızdakı insanların reaksiyası düşündüyünüz qədər mənfi olmaya bilər. Həmçinin indiyədək əldə etdiyiniz uğurları qiymətləndirməyi unutmayın.
Oxatan
Oxatanlar uzun müddətdir çıxış yolu tapa bilmədikləri vəziyyətə başqa prizmadan baxa bilərlər. Qarşınıza çıxacaq yeni imkan əvvəlcə narahat və əlverişsiz görünə bilər, lakin gələcək istiqamətinizi dəyişmək gücündədir. Bununla yanaşı, yarımçıq işləri tamamlamaq və intizamlı olmaq vacibdir. Faydalı bir insanla tanışlıq da gündəminizə daxil ola bilər.
Oğlaq
Oğlaqlar mühüm məqsədə doğru irəliləyişin artıq daha aydın göründüyünü hiss edəcəklər. Səbir və ardıcıllıq əsas rol oynayacaq. İşlərin yavaş getdiyini düşünərək başladığınız işi yarımçıq qoymayın. Gün ərzində əvvəllər deyilməyən sözlərin səsləndirilməsi və səmimi söhbət də mümkündür. Nəticə çıxarmağa tələsməyin.
Dolça
Dolçalar pul və maliyyə öhdəlikləri ilə bağlı məsələlərə diqqət yetirməlidirlər. Sizə borclu olan şəxsdən pulun qaytarılmasını tələb etmək və ya öz borcunuzu bağlamaq lazım gələ bilər. Bu barədə açıq danışmaqdan çəkinməyin, lakin maliyyə məsələsinin şəxsi münaqişəyə çevrilməsinə imkan verməyin. Sevdiyiniz işlə məşğul olmaq özünəinamınızı artıracaq.
Balıqlar
Balıqlar yaxın münasibətlərdə diqqət, qayğı və emosional dəstəyin balansını düşünəcəklər. Sizi narahat edən məsələ varsa, qarşı tərəfin bunu özü anlamasını gözləməkdənsə, açıq danışmaq daha doğru olar. Səmimi söhbət həm partnyorunuzu, həm də öz istəklərinizi daha yaxşı anlamağa kömək edəcək.
