28
Kanada Silahlı Qüvvələri mümkün gələcək münaqişələrə hazırlıq məqsədilə son 30 ildən çox müddətdə ən böyük struktur islahatına başlayır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Globe and Mail” məlumat yayıb.
İslahatlar sentyabrın 10-dan başlayır. Yeni modelə əsasən, orduda xaricdə hərbi əməliyyatlar, ölkənin müdafiəsi və infrastrukturun dəstəklənməsi üzrə ixtisaslaşan üç diviziyanın yaradılması nəzərdə tutulur.
Kanada general-mayoru Stefan Masson bildirib ki, dəyişikliklər böyük dövlətlər arasında rəqabət, iqlim dəyişiklikləri və yeni texnologiyalar da daxil olmaqla artan təhlükələrə cavabdır.
Qeyd olunur ki, Kanada ordusu Soyuq müharibədən bəri ilk dəfə genişmiqyaslı döyüş əməliyyatlarına diviziya səviyyəsində hazırlaşır.
