35
Polşada yaradılması planlaşdırılan yeni daimi ABŞ hərbi bazasında təxminən 5 min amerikalı hərbçinin yerləşdirilməsi nəzərdə tutulur.
Ucnoqta.az xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Pavel Beyda RMF FM radiosuna açıqlamasında bildirib.
Onun sözlərinə görə, bazada hansı qoşun növlərinin yerləşdiriləcəyi və bir və ya bir neçə baza yaradılacağı barədə qərar NATO səviyyəsində veriləcək.
Beyda qeyd edib ki, qərar müsbət olarsa, bazanın yaradılması bir neçə il çəkə bilər. Tikinti xərclərini isə Polşa qarşılayacaq və bunun üçün 10 milyard zlotıdan (təxminən 2,7 milyard dollar) çox vəsait tələb oluna bilər.
