36
ABŞ-da elektriklə işləyən hava taksilərinin sınaqlarına başlanılıb.
Ucnoqta.az xəbər verir ki, ilkin mərhələdə uçuşlar sərnişinsiz həyata keçiriləcək. Bir həftə ərzində hava taksiləri Texas ştatında şəhərlər və hava limanları arasında müəyyən edilmiş marşrutlar üzrə sınaq uçuşları həyata keçirəcək.
Məqsəd dispetçer xidmətlərinin fəaliyyətini yoxlamaq və yeni nəqliyyat vasitələrinin sertifikatlaşdırılması prosesini sürətləndirməkdir.
Texas proqram çərçivəsində sınaqların keçirildiyi ilk 8 ştatdan biridir. Yeni texnologiyanın gələcəkdə avtomobil yollarında nəqliyyat sıxlığının azaldılmasına kömək edəcəyi gözlənilir.
