66
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə hazırkı mərhələdə Məkkə sazişinə yeni ölkələrin cəlb edilməsini planlaşdırmır.
Ucnoqta.az xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, bunu Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü həftəlik brifinqdə bildirib.
Onun sözlərinə görə, hazırda sazişin iştirakçılarının genişləndirilməsi ilə bağlı heç bir müzakirə aparılmır. Nazirlik rəsmisi qeyd edib ki, ilk növbədə Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında əməkdaşlığın daha da gücləndirilməsi nəzərdə tutulur.
Diplomat əlavə edib ki, gələcəkdə təşkilat oxşar mövqe və baxışları bölüşən digər dövlətlərin də üzünə açıq ola bilər.
