ABŞ Prezidenti Donald Tramp İrana qarşı həyata keçirilən hərbi əməliyyatın gözlədiyindən daha uzun sürdüyünü etiraf edib.
Ucnoqta.az xəbər verir ki, Tramp bunu cümə axşamı axşam Texas ştatının Dallas şəhərində hakim Respublikaçılar Partiyasının milli qurultayında çıxışı zamanı deyib. Qurultay ABŞ Konqresinə noyabrda keçiriləcək aralıq seçkiləri ərəfəsində təşkil olunub.
“Biz dünyanın ən güclü silahlı qüvvələrini yaratmışıq. Hərbçilərimizdən düşündüyümdən daha uzun müddət istifadə etməli olduq. Lakin İranın nüvə silahına sahib olmasına imkan verə bilmərik”, – deyə Tramp bildirib.
Ağ Ev rəhbəri çıxışı zamanı ABŞ-ın Hörmüz boğazına nəzarət etdiyini də bir daha iddia edib.
“Biz boğaza nəzarət edirik. Mən ona Tramp boğazı deyirəm”, – ABŞ Prezidenti qeyd edib.
