175
Brent neftinin qiyməti 102 dolları keçdi
Ucnoqta.az xəbər verir ki, Londonun ICE birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti mayın 22-dən bəri ilk dəfə 102 dollar/bareli ötüb.
Ticarət məlumatlarına görə, Brent neftinin qiyməti 0,87% artaraq 102,09 dollar/barel təşkil edib.
Eyni zamanda, oktyabr ayı üçün WTI markalı neft fyuçerslərinin qiyməti 0,96% bahalaşaraq 96,97 dollar/barel olub.
