66
Dnepr şəhərinə növbəti hücum nəticəsində iki nəfər həyatını itirib, daha iki nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri məlumat yayıb.
Bildirilib ki, hücum zamanı daha əvvəl də zərər görmüş müəssisə yenidən hədəfə alınıb. Nəticədə iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.
