Antalyaya uçan təyyarədə yanğın oldu

12:38 - 23 İyun 2026 - DÜNYA

Ufadan Antalyaya uçan təyyarədə telefon şarj cihazı alovlanıb.

Ucnoqta.az xəbər verir ki, oturacaq və xalça yanıb, salon tüstü ilə dolub. Şarj cihazı təyyarəyə mindikdən dərhal sonra alovlanıb.

Heyət cihazı göyərtədə verilmiş xüsusi konteynerdə söndürməyi bacarıb.

Təyyarə hərəkətini dayandırmayıb və 156 sərnişin təhlükəsiz Türkiyəyə çatıb.

Xəbər xətti