Avropa İttifaqı Ukraynaya 4,2 milyard avro yardım ayırıb

20:08 - 17 İyul 2024 - DÜNYA

Avropa Komissiyası (AK) Ukraynaya 4,2 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Beləliklə 2024-cü ilin ilk altı ayında Aİ-nin Ukrayna büdcəsinə ayırdığı maliyyə vəsaitinin həcmi 12 milyard avro təşkil edəcək.

Avropa “Ukraynanın azadlıq mübarizəsini və Avropa İttifaqına gedən yolu qətiyyətlə dəstəkləməyə davam edir”, - Fon der Leyen vurğulayıb.

Xəbər xətti