Türkiyə ordusu İraq və Suriyanın şimalında 10 PKK üzvünü məhv edib

16:08 - 17 İyul 2024 - DÜNYA

Türkiyə ordusu İraqın şimalında və Suriyada keçirdiyi əməliyyatlar zamanı Kürdüstan Fəhlə Partiyasının (PKK) 10 silahlısını məhv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Müdafiə Nazirliyi X-də məlumat yayıb.

Məlumata görə, İraqın şimalında, Hakurk və Qara bölgələrində 8 terrorçu məhv edilib, Suriyanın şimalında isə “Sülh mənbəyi” əməliyyatı bölgəsində daha iki terrorçu məhv edilib.

Xəbər xətti