Trampa atəş açan şəxs sui-qəsd günü işdən icazə alıbmış

15:39 - 17 İyul 2024 - DÜNYA

ABŞ-ın keçmiş prezidenti Donald Trampı güllələyən Tomas Metyu Kruks siyasətçiyə sui-qəsd baş verən gün işdən bir günlük məzuniyyət götürüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarına istinadən yazıb.

Qeyd olunur ki, iyulun 13-də həmin şəxs işdə olub. Həmin gün o, müdirindən “bir işi görmək” üçün ona istirahət günü verməsini xahiş edib. Atıcı həmkarlarına iyulun 14-də işə qayıdacağı barədə xəbərdarlıq edib.

Donald Trampa sui-qəsd iyulun 13-də axşam saatlarında baş verib.

Xəbər xətti