Mikayıl Cabbarov İtaliyaya işgüzar səfərə gedir

14:39 - 17 İyul 2024 - İQTİSADİYYAT

İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyaya işgüzar səfərə gedir.

Bu barədə nazir rəsmi "Facebook" səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

"Bu gün həmkarlarla birlikdə İtaliyaya işgüzar səfərimiz başlayır. Bu ölkədən olan tərəfdaşlarımızla iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri və ikitərəfli əlaqələrin gücləndirilməsi üçün birgə təşəbbüsləri müzakirə edəcəyik".

Xəbər xətti