Vasif Talıbovun yerinə o namizəd olacaq

13:40 - 17 İyul 2024 - SİYASƏT

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası VI çağırış Milli Məclisin bəzi deputatlarının növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürməyib. Onların arasında Naxçıvan Muxtar Respublikası Ali Məslisinin keçmiş sədri Vasif Talıbov da var. 

Bakupost.az-ın əldə etdiyi məlumata görə, ötən seçkidə Vasif Talıbovun deputat seçildiyi 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən YAP-ın namizədi partiyanın Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə olacaq. 

Qeyd edək ki, ötən seçkidə Vüqar Rəhimzadə 5 saylı Culfa-Ordubad seçki dairəsindən deputat seçilmişdi. 

Xəbər xətti