Yunanıstan 30-dan çox F-16 təyyarəsini Ukraynaya təhvil verəcək

12:07 - 17 İyul 2024 - DÜNYA

Yunanıstan 32 ədəd F-16 Block-30 döyüş təyyarəsini modernləşdirmək və sonradan Ukraynaya çatdırmaq üçün ABŞ-a təhvil verməyi planlaşdırır.

Ucnoqta.az xəbər evrir ki, bu barədə “Əl-Cəzirə” mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Kiyev Niderland, Danimarka və Norveçdən istismardan çıxarılan 60 F-16 təyyarəsi gözləyir.

Xəbər xətti