Şamaxıda toyda Kütləvi zəhərlənmə

09:11 - 17 İyul 2024 - ÖLKƏ İÇİ

Şamaxıda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Şamaxının Məlikçobanlı kəndində qeydə alınıb.

İlkin məlumata görə, toyda iştirak edən 21 nəfər kəskin zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

10 yaxın sakin təcili tibbi yardım avtomobili ilə, digərləri isə xəstəxanaya özləri gəlib.

Hazırda vəziyyətlərinin normal oldugu bildirilir. İlkin ehtimala görə, zəhərlənməyə toyda verilən tort səbəb olub.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti