Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

23:29 - 16 İyul 2024 - Xəbər

Xankəndi şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə İqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.

"İclasda iqtisadi canlanmanın sürətləndirilməsi, regionun investisiya cəlbediciliyinin artırılması və dayanıqlı məşğulluğun təmin olunması istiqamətində müzakirələr apardıq", - deyə nazir müavini qeyd edib.

Xəbər xətti