YAP-ın namizədlər siyahısı İlham Əliyevə təqdim edildi - SON DƏQİQƏ

14:05 - 16 İyul 2024 - Ədəbiyyat

Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısı hakim partiyanın lideri prezident İlham Əliyevə təqdim edilib.

Bu barədə Gununsesi.info-ya daxil olan məlumatda deyilir. Bildirilir ki, YAP İdarə Heyəti adından partiya sədrinə təqdim olunan siyahı ölkə başçısının yekun rəyindən sonra ictimaiyyətə açıqlanacaq.

Yekun siyahının sabah açıqlanacğı deyilir. Məlumata görə, olduqca məxfi saxlanılan siyahıdan hətta YAP İdarə Heyətinin əksər üzvlərinin belə xəbəri yoxdur.

Qeyd edək ki, 1 sentyabr -parlament seçkilərində hakim YAP-dan olan əksər deputatların namizəd olmayacağı bildirilir.

Məlumata görə, 3 dəfədən artıq deputat olmuş şəxslərlə bağlı qərar verilib.

Xəbər xətti