25
ABŞ-ın Florida ştatının Mayami şəhərində beynəlxalq hava limanında Amazon Prime Air şirkəti üçün uçuşa hazırlaşan Boeing 767 yük təyyarəsi uçuş-enmə zolağından çıxaraq avtomobil yolunu keçib və dayanıb.
Ucnoqta.az bildirir ki, bu barədə VINnews portalı məlumat verib.
Hadisə nəticəsində təyyarənin uçuş-enmə zolağından kənarda qaldığı, əraziyə fövqəladə xidmət əməkdaşlarının cəlb olunduğu bildirilib.
İnsidentin səbəbi məlum deyil. Mümkün xəsarət alanlar və ekipajın vəziyyəti barədə rəsmi məlumat açıqlanmayıb.
