Syerra-Leonenin 2007-2018-ci illərdə prezidenti olmuş Ernest Bai Koroma dövlətə xəyanət ittihamlarının götürülməsindən sonra sürgündə olduğu Nigeriyadan ölkənin paytaxtı Fritauna qayıdıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə SABC radiostansiyası məlumat yayıb.
72 yaşlı Koromanı hava limanında Syerra-Leonenin xarici işlər naziri Məhəmməd Rahman Suarey və onun rəhbərlik etdiyi müxalif Ümumxalq Konqresi Partiyasının nümayəndələri qarşılayıblar. Keçmiş prezident “Evə qayıtdım və xoşbəxtəm” deyib.
İyul ayında Syerra-Leone Baş Prokurorluğu 2023-cü ilin noyabrında baş vermiş çevriliş cəhdi ilə bağlı Koromaya qarşı dövlətə xəyanət ittihamlarını götürüb. İttihamlar 2024-cü ilin yanvarında irəli sürülmüşdü.
Koroma ittihamların irəli sürülməsindən bir neçə gün sonra müalicə üçün üç aylıq müddətə Nigeriyaya getməyə icazə alıb. Lakin həmin müddət başa çatdıqdan sonra ölkəsinə qayıtmayıb.
