32
ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq direktoru Leon Panetta ABŞ-İran münaqişəsinin daha altı ay davam edə biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Panetta “The Guardian” qəzetinə müsahibəsində tərəflərin dalana dirəndiyini və müharibəni başa çatdırmaq üçün çox az imkanın qaldığını deyib.
Onun sözlərinə görə, Donald Tramp administrasiyası Yaxın Şərqdə uzunmüddətli müharibəyə cəlb olunmaq riski ilə üzləşir. Panetta hesab edir ki, Trampın qarşısında üç əsas seçim var: hərbi əməliyyatları dayandırmaq, hava zərbələrini davam etdirmək və ya Hörmüz boğazına nəzarəti ələ keçirməyə çalışmaq.
Panetta ikinci variantın münaqişənin daha da uzanmasına səbəb ola biləcəyini vurğulayıb.
