26
ABŞ-ın Montana ştatında ailə münaqişəsi atışma və yanğınla nəticələnib. Hadisə zamanı 4-ü uşaq olmaqla 8 nəfər həyatını itirib.
Ucnoqta.az-ın məlumatına görə, ABC News polisə istinadən xəbər verir ki, avqustun 23-də Billinqs şəhərindəki fərdi evdə atışma barədə məlumat daxil olub. Polis hadisə yerinə çatanda evin artıq alov içində olduğunu müəyyən edib.
Həyətdə odlu silah yarası almış şübhəli şəxs aşkarlanıb. İstintaqın ilkin versiyasına görə, kişi özünə atəş açıb. O, xəstəxanaya çatdırılıb, lakin daha sonra orada ölüb.
Yelloustoun dairəsinin şerifi bildirib ki, hadisə ailə münaqişəsi zəminində başlayıb.
