24
“Yuventus”un müdafiəçisi Federiko Qatti azarkeşin təsadüfi müdaxiləsi nəticəsində zədələnib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Corriere dello Sport məlumat yayıb.
Məlumata görə, italiyalı futbolçunun zədəsi səbəbindən İtaliya çempionatının ilk turunda “Frozinone” ilə avqustun 23-də keçiriləcək səfər matçında iştirakı sual altındadır.
Qattinin görüşdə iştirak edib-etməyəcəyi onun zədəsinin vəziyyətindən asılı olacaq.
