28
İsrail Baş naziri Binyamin Netanyahu Türkiyənin Suriyada İsrail üçün təhlükə yaradan hərbi mövcudluğuna yol verməyəcəklərini bildirib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, onun sözlərinə görə, İsrail Türkiyəyə bununla bağlı açıq mesaj göndərib və Ankaradan Suriyada İsrailə qarşı təhlükə yarada biləcək addımlardan çəkinməyi tələb edib.
“İsrail üçün təhlükə yaradan Türkiyənin Suriyadakı hərbi mövcudluğuna dözməyəcəyik”, – Netanyahu deyib.
Netanyahu bildirib ki, İsrailin mövqeyi kifayət qədər aydın başa düşülməyib və buna görə də mesajın daha yaxşı anlaşılması üçün müvafiq addımlar atılıb.
