25
ABŞ Prezidenti Donald Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin Hörmüz boğazına tətbiq etdiyi blokadanın “100 faiz uğurlu” olduğunu iddia edib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, hazırda Hörmüz boğazı açıqdır və çox sayda gəmi oradan keçməkdə davam edir.
Onun sözlərinə görə, blokada zamanı heç bir gəmi İrana daxil olmayıb, lakin gəmilər digər istiqamətlərə hərəkət edə biliblər.
“Blokada son dərəcə effektiv oldu. Blokada 100 faiz uğurlu oldu. Heç bir gəmi İrana daxil olmadı”, – Tramp deyib.
ABŞ lideri gələcəkdə boğazdan keçən gəmilərin hərəkətinin müəyyən qədər azala biləcəyini də istisna etməyib.
