Sumqayıtda 66 yaşlı kişi özünü yeddinci mərtəbədən atdı

10:16 - 7 May 2020 - HADİSƏ

Sumqayıt şəhərində intihar hadisəsi qeydə alınıb.

Hadisə 13-cü mikrorayonda baş verib. Şəhər sakini, 66 yaşlı Bayram Rüstəmov yaşadığı binanın yeddinci mərtəbəsinin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti