Hindistan və Yaponiya startapları Yerin orbitində kosmik tullantıları məhv etmək üçün süni peyklərin lazer qurğuları ilə təchiz edilməsi imkanlarını öyrənirlər.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, Hindistanın “InspeCity” robototexnika şirkəti və Yaponiyanın “Orbital Lasers” şirkətləri fırlanma və sonrakı yaxınlaşmanı dayandırmaq üçün dağıntıların səthində kiçik sahələrin buxarlanması üçün lazerlərdən istifadə imkanlarını öyrəndiklərini açıqlayıblar.
İlk məhsulların buraxılışı 2027-ci ildən sonra planlaşdırılır.
Hindistan və Yaponiya birgə Ay missiyası LUPEX (Lunar Polar Exploration Mission) üzərində işləyirlər.///tass