Lənkəran rayoynunda avtomobil velosipedçini vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, Ş.Səmədov idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə velosipedçini vurub. Ağır bədən xəsarətləri alan 1981-ci il təvəllüdlü Girdəni kənd sakini Murad Camal oğlu Quliyev təcili tibbi yardım briqadasının köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, həkimqədər ölüm faktı qeydə alınıb.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.